Dövlət satınalmaları haqqında təlim
online offline

Business Management School Təchizat Zəncirinin İdarə Edilməsi Təlim Layihəsi çərçivəsində yeni  "Dövlət satınalmaları haqqında təlim" proqramının 48-ci sessiyasını elan edir. 
 

Bu təlimdə kimlər iştirak edə bilər?

  • Dövlət satınalmalarını həyata keçirən qurumların nümayəndələri
  • Dövlət satınalmalarında iştirak edən sahibkarlıq subyektlərinin nümayəndələri
  • Satınalmalar sahəsində çalışan mütəxəssislər

 

Bu təlimdən nələr əldə ediləcək?

- Dövlət satınalmaları sahəsində mövcud qanunvericiliyin və ona edilmiş dəyişikliklərin izahı.
- Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakının təmin edilməsi.
- Elektron satınalmaların təşkili, şəffaflığın təmini, satınalma prosedurlarına riayət olunması və səmərəliliyin artırılması barədə dolğun məlumatlar.
- Dövlət satınalmalarının metodları və onların tətbiqi şərtləri
- Tenderə dair əsas şərtlərin və sənədlər toplusunun hazırlanması
- Müqavilələrin idarə olunması.
- Satınalma mütəxəssislərinin maarifləndirilməsi və praktiki biliklərinin artırılması.

Təlimdə tədris ediləcək mövzular:

 

  • Dövlət satınalmaları anlayışı və normativ hüquqi baza
  • Dövlət satınalmalarının planlaşdırılması
  • Dövlət satınalmaların təşkili
  • Dövlət satınalmalarının metodları və onların tətbiqi şərtləri
  • Elektron satınalma
  • Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakı
  • İxtisas uyğunluğuna dair tələblərin müəyyənləşdirilməsi
  • Malların satınalınması
  • İşlərin satınalınması
  • Xidmətlərin satınalınması
  • Tələb edilən zəmanətlər
  • Tender təkliflərinin qiymətləndirilməsi
  • Şikayətlərin verilməsi və mübahisələr
  • İmtahan
Rüstəm Kərimov Əsaslı Tikinti və Təchizat MMC-də Stınalmaların təşkili və idarə olunması şöbəsində Şöbə rəisi

✍ Təlimin ödənişi 400 AZN təşkil edir.

Təlim iştirakçıları üçün üç kateqoriyalı endirim nəzərdə tutulmuşdur:

  1. 1. “Business Management School” təlimlərindən məzun olanlar üçün 10 % endirim tətbiq ediləcəkdir.
  2. 2. Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5 %, 3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10 % endirim tətbiq ediləcəkdir.

Qeyd: İştirakçıya endirim kateqoriyalarından yalnız biri tətbiq edilə bilər!

Ödənişin 50%-i qeydiyyat zamanı , qalanı isə son təlim gününə kimi  ödənilə bilər. 

Ödənişə daxildir:

- Elektron təlim matrialları
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk


 Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.

Təlimimiz 10 oktyabr etibarən başladılacaqdır. Həftədə 2 dəfə 1, 3-cü günlər.

Dövlət Satınalmaları 48
Təlimçi Dərs tarixləri Saatları
Rüstəm Kərimov 14 oktyabr (1-ci gün) 19:15-21:15
16 oktyabr (3-cü gün) 19:15-21:15
21 oktyabr (1-ci gün) 19:15-21:15
23 oktyabr (3-cü gün) 19:15-21:15
6 noyabr (3-cü gün) 19:15-21:15
18 noyabr (1-ci gün) 19:15-21:15
20 noyabr (3-cü gün) 19:15-21:15
25 noyabr (1-ci gün) 19:15-21:15

 

Müraciət et

Populyar kurslar